KİV: "ABŞ 16 ölkəyə hərbi ehtiyaclar üçün 713 milyon dollar ayırır"
25-04-2022, 09:36
ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevə səfərləri zamanı Ukrayna və daha 15 Avropa ölkəsinə hərbi ehtiyaclar üçün 713 milyon dollar ayırdıqlarını açıqlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, Ukrayna bu vəsaitin 322 milyon dollardan çoxunu alacaq, qalanı isə Şərqi və Mərkəzi Avropa ölkələri arasında bölüşdürüləcək.