Kürdlər etiraz etdi: PKK-nın bu bölgələrdə nə işi var?
25-04-2022, 11:58
PKK kasıbların evlərini yıxır, xərac alır. Mahmur, Sincar, Kərkük və Hanekin ətrafında problem yaradır.
Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Regional Rəhbərliyi Xarici Əlaqələr şöbəsinin rəhbəri Səfin Dizayi deyib.
"Əvvəldən soruşmalıyıq ki, PKK-nın bu bölgələrdə nə işi var? Kürdüstan Bölgəsi Hökuməti seçilmiş bir hökumətdir və bu bölgələrdən məsuldur. PKK Qəndil kimi bölgələrdə özünü alternativ olaraq görür və bölgələrin adlarını dəyişdirir. Bu, qəbuledilməzdir. Görəsən, bu rayonların adlarını dəyişmək öz hakimiyyətini tətbiq etmək, xalqdan xərac almaq haqqı kim verib?”, - Dizayi bildirib.