CNN xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevdə Prezident Vladimir Zelenski ilə görüşü zamanı bildirib. O, Co Baydenin 2019-cu ilin mayından bəri boş qalan bu vəzifəyə Bricet Brinki təyin edəcəyini bildirib.
Bricet Brink hazırda hazırda ABŞ-ın Slovakiyadakı səfiridir.
Blinken əlavə edib ki, ABŞ diplomatları paytaxt Kiyevə geri qayıdacaqlar.
O vurğulayıb ki, diplomatlar əvvəlcə Lvova, daha sonra ölkənin digər bölgələrinə səfər edəcəklər və nəhayət Kiyevdəki fəaliyyətlərini davam etdirəcəklər.