Litva Rusiya və Belarusa sanksiyalar çərçivəsində böyük məbləğdə vəsaiti dondurub

26-04-2022, 20:40           
Litva Rusiya və Belarusa sanksiyalar çərçivəsində böyük məbləğdə vəsaiti dondurub
Litva Ukraynadakı müharibə səbəbindən Avropa İttifaqı (Aİ) və ABŞ-ın Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində milyonlarla ABŞ dolları və avro, həmçinin yüzminlərlə rubl vəsaiti dondurub.

“Report” TASS-a istinadən xəbər verir ki, sanksiyalara məruz qalmış 7 hüquqi və fiziki şəxsin adına olan 19,125 milyon avro və 2,071 milyon ABŞ dolları vəsait dondurulub.
Belə şəxslərin Litvanın maliyyə təsisatlarında olan 1,063 milyon avro, 1,348 milyon ABŞ dolları və 546 min rubl məbləğində pul köçürmələri bloklanıb.

Oxşar sanksiyalara Belarus təmsilçiləri də məruz qalıb. Belə ki, bu ölkənin 3 hüquqi və 1 fiziki şəxsinə qarşı ümumilikdə 45,7 min avro məbləğində sanksiya tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru