ABŞ Almaniyada Ukrayna üçün hərbi yardım mərkəzi açdı

27-04-2022, 10:22           
ABŞ Almaniyada Ukrayna üçün hərbi yardım mərkəzi açdı
ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın tədarükü və çatdırılmasını optimallaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığının məsuliyyətində nəzarət mərkəzi yaradıb.

Axar.az xəbər verir ki, bu barədə CNN-ə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.

“Mərkəz ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və ikiulduzlu Amerika hərbi generalı tərəfindən idarə olunur. Nəzarət mərkəzində ABŞ ilə yanaşı, 15 başqa ölkədən də işçilər çalışacaq. Bu komanda mərkəzi Almaniyada Ramşteyn aviabazasında görüşən və Ukraynaya yardım göstərən 40-dan çox tərəfdaş və müttəfiq ölkənin şəbəkəsini idarə edəcək”, - rəsmi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru