ABŞ-ın silah ehtiyatı tükənəcək - Blumberq

27-04-2022, 12:46           
ABŞ-ın silah ehtiyatı tükənəcək - Blumberq
Əgər Ağ Ev Ukraynaya silah göndərməyə davam etsə, ABŞ-ın silah ehtiyatı bir neçə aydan sonra tükənəcək.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Professional Services Council” təşkilatının rəhbəri Devid Bertonun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri ABŞ bütün silah ehtiyatının üçdə birini hazır vəziyyətə gətirib. Eyni zamanda, hazırda ehtiyatların artırılmasına yönəlmiş müqavilələr də yoxdur.

ABŞ keçmiş müdafiə nazirinin satınalmalar üzə müavini Ellen Lord da bildirib ki, ABŞ “Stinger” zenit raket kompleksi ehtiyatının dörddə birini Ukraynaya göndərib:

“Bu, bizim təhlükəsizliyimiz üçün ciddi təhlükədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru