"NATO ÖLKƏLƏRİNİ VURACAĞIQ..." - Kremldən sərt reaksiya

27-04-2022, 10:54           
"NATO ÖLKƏLƏRİNİ VURACAĞIQ..." - Kremldən sərt reaksiya
Böyük Britaniyanın müdafiə naziri Ceyms Heppeyin Ukraynanın Rusiyanı bombalamasını dəstəklədikləri barədə açıqlaması Kremldə sərt reaksiyaya səbəb olub.
Teref.az "unikal"a istinadən xəbər verir ki, Heppey İngiltərənin Ukrayna ordusunun Rusiyanın infrastrukturunu hədəf alan hücumlarını dəstəklədiyini və bu hücumlarda Britaniya silahlarının istifadəsinin “tamamilə qanuni” olduğunu bildirib.

Bu açıqlamaya reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ukraynaya silah göndərən İngiltərə və digər NATO ölkələrindəki hərbi hədəfləri də vura bilər. Zaxarova Ukraynanın paytaxtı Kiyevə qayıdan Qərb diplomatlarının da bombalarla hədəfə alına biləcəyini bildirib.

“Hərbi yüklərin logistikasını kəsmək üçün Rusiya NATO ölkələrindəki Kiyev rejimini silahla təmin edən hərbi hədəfləri də vura bilər. Bu vəziyyət Ukraynada ölüm və qan tökülməsinə səbəb olur. Başa düşdüyüm qədər, buna görə məsuliyyət daşıyan ölkələrdən biri də İngiltərədir”, - deyə Kreml rəsmisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru