Macarıstan neft embarqosuna razılığının qiymətini açıqladı

14-05-2022, 08:46           
Macarıstan neft embarqosuna razılığının qiymətini açıqladı
Macarıstan hakimiyyəti Avropa İttifaqının Rusiya neftinə embarqo tətbiq etməsinə razılıq vermək qarşılığında 700-750 milyon avro məbləğində pul tələb edib.

Bu barədə “El Pais” məlumat yayıb.

Ölkənin xarici işlər naziri Peter Siyyarto ciddi bir məbləğin Macarıstanın neft embarqosu ilə bağlı mövqeyini dəyişəcəyinə işarə edib. O, hökumətin neftin alternativ marşrutlarla nəqli məqsədilə infrastrukturun modernləşdirilməsi və inkişafı üçün vəsaitə ehtiyac duyduğunu dilə gətirib.

“Bizim malik olduğumuz emal gücləri Rusiya nefti üçün nəzərdə tutulub. Onların neftin digər növləri ilə uyğunlaşdırılması dörd il ərzində 500-550 milyon avro sərmayə tələb edir. Biz Rusiya neft kəmərini əvəz etmək üçün Adriatik boru kəmərinin gücünü artırmalı olacağıq ki, bu da əlavə 200 milyon avroya başa gələcək”, - deyə diplomat bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru