Lukaşenko yeni ordu qurur

27-05-2022, 08:14           
Lukaşenko yeni ordu qurur
Aleksandr Lukaşenko Cənub Əməliyyat Komandanlığının yaradılmasının zəruriliyini açıqlayıb. O, Polşa, Litva və Latviyanın hərbi təzyiqlərindən ehtiyat edir.

Editor.az xəbər verir ki, bu barədə o, Müdafiə Nazirliyində hərbi təhlükəsizliyin təmin edilməsi məsələlərinə həsr olunmuş müşavirədə danışıb. “Artıq görürük ki, Polşa, Litva, Latviya və orada yerləşən Şimali Atlantika blokunun (NATO) qoşunları vasitəsilə, həmçinin Ukraynada hərbi əməliyyatların eskalasiyasını saxlamaqla bizə qarşı hərbi təzyiqlər həyata keçiriləcək. Təəssüf ki, yeni istiqamət, yeni cəbhə açılıb və biz buna diqqət yetirməyə bilmərik”, – Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus Müdafiə Nazirliyinin rəhbəri hələ ötən il cənub cinahında operativ komandanlığın yaradılmasını təklif edib və gileylənib ki, indi Belarus hərbçiləri dərhal bu mövqelərin müdafiəsini təşkil etmyə məcburdurlar. “Siz bunu görürsünüz: Silahlı Qüvvələrin, xüsusi təyinatlı qüvvələrin (qərb, şimal-qərb istiqaməti), batalyon taktiki qruplarının rotasiyası var, onlar mənim qərarıma əsasən cənuba istiqamətlənib və bu gün sərhəd qoşunları ilə birlikdə o bölgəyə nəzarət edirlər. “Biz bu rotasiyanı həyata keçirməliyik, bu mənim sərt tələbimdir və müharibə dövrünün şərtidir. Amma hələlik müharibə yoxdur”, – Lukaşenka yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.