Klinton 2024-cü il prezident seçkilərində iştirak etməyəcək 20-06-2022, 11:14 ABŞ prezidentliyinə keçmiş namizəd və keçmiş dövlət katibi Hillari Klinton 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.O, bu barədə “Financial Times”a müsahibəsində bildirib.Siyasətçinin sözlərinə görə, hazırda bu barədə söhbət belə gedə bilməz.Klinton qeyd edib ki, o, ABŞ-ın hazırkı prezidenti Co Baydenin daha bir müddət üçün Demokratlar Partiyasından namizəd olacağını gözləyir. Facebook-da paylaş