Aclıq təhlükəsi var: "hərməylik dəhlizi" yaradılacaq

20-06-2022, 08:26           
Aclıq təhlükəsi var: "hərməylik dəhlizi" yaradılacaq
Odessa taxıl ixracında əsas rol oynayır, ona görə də taxılın daşınması üçün “həmrəylik dəhlizləri” lazımdır.

Axar.az xəbər verir ki, bunu AB-nin Ukraynadakı məsləhət missiyasının sədr müavini Frederik Uesslau deyib.

O bildirib ki, müharibəyə görə Ukraynanın taxıl ixrac etmək imkanı yoxdur və hazırda ixracın sadələşdirilməsi üçün “həmrəylik dəhlizləri”nə ehtiyac var:

"Taxıl daşıyan yük maşınlarının dövlət sərhədindən daşınmasının sürətləndirilməsi və sadələşdirilməsi nəzərdə tutulub. Bu, Ukrayna və Rumıniya hökumətləri arasında taxıl daşınmasını sürətləndirmək üçün daha çox nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı danışıqlara təkan verəcək. Qara dənizin blokadası bütün dünyada vəziyyətə çox mənfi təsir edir, aclıq təhlükəsi yaradır. Ona görə də sivil dünya Ukraynadan ixracın təmin edilməsində maraqlıdır. Təbii ki, taxıl ixracında əsas rolu Odessa oynayır. Avropalı tərəfdaşlar Ukrayna hökumətilə birlikdə taxılın sərhəddən necə daşınmasına dair müxtəlif imkanları müzakirə edirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru