Rusiya Ukraynada tam hava üstünlüyü əldə edə bilmir - Britaniya kəşfiyyatı

20-06-2022, 12:44           
Rusiya Ukraynada tam hava üstünlüyü əldə edə bilmir - Britaniya kəşfiyyatı
Həftə sonu Rusiyanın quru və taktiki hava əməliyyatlarının əsas fokus mərkəzi Donbas sektoru olaraq qalıb.

Teref.az-ın APA-ya istinadən xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, münaqişə başlayandan bu vaxtadək Rusiyanın hərbi hava qüvvələri zəif nəticə göstəriblər.

Qeyd olunub ki, hərbi hava qüvvələrindən istifadə edərkən davamlı olaraq üzləşdiyi uğursuzluqlar Rusiyanın hərbi əməliyyatlarının nailiyyətlərinin məhdud qalmasında başlıca faktorlardan biri ola bilər.

Məlumatda əlavə olunub ki, Rusiya Ukraynada tam hava üstünlüyü əldə edə bilmir və riskli, çətin şəraitlərdə fəaliyyət göstərmək məcburiyyətində qalır, nadir hallarda isə Ukrayna xəttinin dərinliyinə nüfuz edə bilir.

“Rusiya hava döyüşü təlimləri illərlə hərbi hava qüvvələrinin şəxsi heyətinin dinamik təşəbbüskarlığının inkişaf etdirilməsi yerinə rəhbər şəxsləri heyran etmək üçün yazılıb və dizayn edilib”, - deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, Rusiyanın nisbətən müasir və geniş imkanları olan qırıcı təyyarələri olsa da Qərb tərzində müasir hərbi hava kampaniyası həyata keçirməkdə uğursuz olub. Bu isə yorulmaqda olan quru qoşunlarının, sayı tükənməkdə olan qabaqcıl qanadlı raketlərin üzərində daha çox yük qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru