Beynəlxalq reytinq agentliyi "Moody's Investors Service" Rusiyanın xarici borc öhdəliklərinin ödənilməsi üzrə defoltunu tanıyıb.
Publika.az xəbər verir ki, bu barədə"Reuters" məlumat yayıb.
Agentlik qeyd edib ki, bazar ertəsi, iyunun 27-də iki avrobond kuponu üzrə ödənişlər güzəşt müddətində istiqraz sahiblərinə çatmayıb ki, bu da bizim tərifimizə görə defolt deməkdir.
Qeyd edək ki, bundan əvvəl "Bloomberg" 1918-ci ildən bəri ilk dəfə Rusiyanın suveren valyuta borcuna görə defolt etdiyini açıqlamışdı.
Xəbər verdiyimiz kimi, ABŞ-ın ən böyük investisiya bankları JPMorgan Chase və Goldman Sachs Rusiyanın dövlət borclarına xidmət göstərməyi dayandırıblar . ABŞ Maliyyə Nazirliyi maliyyə qurumlarına bununla məşğul olmağı qadağan edib.
Xatırladaq ki , ABŞ istiqraz sahiblərinə ödəmə lisenziyasını yeniləməməklə Rusiyanı tarixi defolt həddinə yaxınlaşdırıb.