General: “Rusiya dostluq əlimizi geri qaytararaq dava yolunu seçdi”

2-05-2016, 17:45           

ABŞ-ın Rusiya təhlükəsinə qarşı kəşfiyyat vasitələri kifayət etmir. teref.az Publika.az-a istinadən xəbər verir ki, bunu "The Wall Street Journal” nəşrinə müsahibəsində NATO-nun Avropa qüvvələrinin baş komandanı Filip Bridlav deyib. Onun sözlərinə görə, ABŞ Moskvanın artan hərbi ambisiyalarına daha çox diqqət ayırmağa məcburdur. Bridlav xatırladıb ki, Rusiya üzrə ixtisaslaşdırılan kəşfiyyatın analitiklərinin sayı "soyuq müharibə” illərində 13 min təşkil etsə də, üç il əvvəl onların sayı 1000 nəfərə düşüb. Baş komandanın fikrincə, ABŞ peyk-casuslardan istifadə etməklə kəşfiyyatın texnoloji gücünü artırmalıdır. "Biz görürük ki, Rusiya bizim uzatdığımız dostluq əlini qəbul etmədi və davakar yolu seçdi. Biz getdiyimiz yolu təkrar gözdən keçirməliyik”, - Bridlav vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru