UBS proqnozunu yüksəltdi: Qızıl bazarında nələr gözlənilir?

Bu gün, 16:24           
UBS proqnozunu yüksəltdi: Qızıl bazarında nələr gözlənilir?
Qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) Cekson Hol simpoziumundan gələ biləcək faiz endirimi siqnallarını və Ukraynadakı sülh səylərini izləyərkən, beynəlxalq investisiya bankı UBS ABŞ iqtisadiyyatındakı risklər və güclü investisiya tələbi səbəbilə 2026-cı ilin sonu üçün hədəf qiymətini unsiya başına 3.600 dollara qaldırdığını elan edib.

Valyuta.az xəbər verir ki, qızıl qiymətləri bazarlar faiz endirimlərinə dair ipucları üçün FED-in Cekson Hol simpoziumunu gözləyərkən, eyni zamanda Ukraynada sülhün təmin edilməsi istiqamətindəki inkişafları da diqqətlə izləyir. Bir unsiya qızıl 0,1% artımla 3.335,44 dollardan əməliyyat edilir.

Analitiklər qızılın FED rəhbəri Cerom Pauellın 21-23 avqustda Cekson Holda verəcəyi açıqlamalardan katalizator gözlədiyini bildirir. Bu gün üçün müqavimət səviyyəsi 3.355 dollar, dəstək isə 3.322 və 3.301 dollar olaraq göstərilir. İlk müqavimətin keçilməsi halında 3.375 dollar hədəflənə bilər.

"CME FedWatch"a görə, FED-in növbəti iclasında 25 baza bəndlik faiz endirimi ehtimalı 84% təşkil edir. Aşağı faiz mühiti adətən qızılın dəyərini gücləndirir.

Qızıl Donald Trampın Volodimir Zelenski və Vladimit Putinlə görüşmələrindən sonra ABŞ-ın mümkün sülh sazişində Ukraynanın təhlükəsizliyinə zəmanət verəcəyini açıqlaması ilə coğrafi siyasi qeyri-müəyyənlikdən dəstək alıb. Capital.com analisti Kayl Rodda bildirir: "Qızıl hələ də konsolidasiyadadır və qalxmaq üçün yeni katalizator gözləyir. Bu həftənin əsas hadisəsi Jackson Hole simpoziumudur".

UBS davam edən ABŞ makroiqtisadi riskləri və güclü investisiya tələbi səbəbilə 2026-cı ilin sonu üçün qızılın hədəf qiymətini unsiya üçün 3.600 dollara qaldırdığını elan edib. Bank həmçinin, xüsusilə ETF-lər və mərkəzi banklardan gələn güclü alış tələbinin, habelə dedollarizasiya meyllərinin qızıl qiymətlərini daha da artıracağını proqnozlaşdırır.

UBS 2026-cı ilin iyun ayının sonu üçün proqnozunu 200 dollar artıraraq 3.700 dollara çatdırıb, bu ilin sentyabr ayının sonu üçün isə eyni səviyyədə yeni hədəf təyin edib.

Bank ABŞ-da davamlı inflyasiya, trenddən aşağı böyümə və FED-in mümkün siyasət yumşaldılması ilə yanaşı dolların zəifləməsinin qızıl qiymətlərini dəstəkləyəcəyini proqnozlaşdırır.

UBS bəyanatında qeyd edir: "ABŞ makroiqtisadi riskləri, FED-in müstəqilliyinə qarşı suallar, maliyyə davamlılığı narahatlıqları və coğrafi siyasi inkişafların dedollarizasiya meyllərini və mərkəzi bankların daha çox alışını dəstəklədiyini görürük. Fikrimizcə, bu amillər qızıl qiymətlərini daha da artıracaq".

UBS illik ETF qızıl tələbi proqnozunu 450 metrik tondan təxminən 600 metrik tona qaldırdı və Dünya Qızıl Şurasının məlumatlarına əsasən 2010-cu ildən bəri 2025-ci ilin ilk yarısında ən güclü axının qeydə alındığını bildirib.

Bank əlavə edir: "Mərkəzi bank alışları güclü qalmalıdır, lakin keçən ilki rekord səviyyədən bir qədər aşağı olacaq. Buna görə də 2025-ci ildə qlobal qızıl tələbinin 3% artımla 4.760 metrik tona çatacağını gözləyirik – bu 2011-ci ildən bəri ən yüksək göstərici olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru