Çin Yerin məsafədən zondlama peykini orbitə çıxardı

5-08-2022, 10:53           
Çin Yerin məsafədən zondlama peykini orbitə çıxardı
Çin ətraf mühitin monitorinqi üçün TECIS Yerin məsafədən zondlama peykini, eləcə də müxtəlif məqsədlər üçün daha iki kiçik peyki uğurla orbitə buraxıb.

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat verib.

“Avqustun 4-də saat 11:08-də “Çançjen-4B” daşıyıcı raketi Tayyuan kosmodromundan buraxılıb. Missiya uğurlu şəkildə tamamlanıb”, - deyə korporasiyanın bəyanatında qeyd edilir.

CASC-nin məlumatına görə, bu aparat dünyanın ilk uzaqdan zondlama peykidir. Bu peyk meşələr tərəfindən karbonun udulmasının həm aktiv, həm də passiv şəkildə məsafədən zondlanmasını həyata keçirir.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru