Norveçdə kruiz gəmisi saya oturdu - FOTO/VİDEO

6-08-2022, 09:33           
Norveçdə kruiz gəmisi saya oturdu - FOTO/VİDEO
Norveçin “Hurtiqruten” kruiz operatorunun gəmilərindən biri ölkənin qərb sahillərində saya oturub.

Məlumata görə, hadisə Norveçin ən uzun və ən dərin limanlarından olan Soqnefyord yaxınlığında baş verib.

“MS Richard With” adlı kruiz gəmisi iş rejimində olmayıb. Onun göyərtəsində sərnişin yoxdur.

“Gəmi stabil vəziyyətdədir və yedəkləmə üçün yardım çağırılıb. Onun mühərrik və hərəkət sistemi işləyir. Kapitan isə vəziyyətə nəzarət edir”, - deyə şirkətdən verilən məlumatda bildirilib.




Mənbə: NRK












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru