Rusiya İranın peykini orbitə çıxardı - Ukraynada, Yaxın Şərqdə, İsraildə hədəfləri izləyəcək

10-08-2022, 08:39           
Rusiya İranın peykini orbitə çıxardı -
Avqustun 9-da Rusiya raketi İranın peykini orbitə çıxarıb. İranın “Xəyyam” adlı peyki Moskva vaxtıyla 08:52-də Qazaxıstanın cənubundakı Baykonur kosmodromundan Rusiyanın “Soyuz” raketi ilə orbitə qalxıb.

“The Washington Post” qəzeti ötən həftə yazırdı ki, ABŞ rəsmiləri Rusiya ilə İran arasında yenicə başlayan kosmik əməkdaşlıqdan narahatdır, onlar qorxurlar ki, bu peyk nəinki Rusiyaya Ukraynada kömək edəcək, həmçinin İranın İsrail və Yaxın Şərqdə potensial hərbi hədəfləri izləməsi üçün görünməmiş imkanlar açacaq.

İran peykin elmi tədqiqat, o cümlədən kənd təsərrüfatı məqsədilə radiasiya və ətraf mühitin monitorinqi üçün hazırlandığını, onun topladığı informasiyaya digər ölkənin çıxışının olmayacağını deyir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan İranla münasibətləri dərinləşdirməyə çalışır. Ötən ay Prezident Vladimir Putin müharibənin əvvəlindən bəri keçmiş Sovet İttifaqından kənara ilk səfərini İrana edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru