Rusiya Siqalı Olenivka həbsxanasına göndərir - SƏBƏB

15-08-2022, 12:48           
Rusiya Siqalı Olenivka həbsxanasına göndərir - SƏBƏB
Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan ABŞ aktyoru Stiven Siqal ötən ay ukraynalı hərbi əsirlərin diri-diri yandırıldığı həbsxanaya səfərini müdafiə etmək üçün Rusiya dövlət mediasına müraciət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildən Rusiya vətəndaşı olan 70 yaşlı aktyor Stiven Siqal özünü “diplomat” kimi qələmə verib. Bununla yanaşı, o, bu müharibədə “bitərəf” olduğunu bəyan edib.

Siqal Ukrayna müharibəsi haqqında sənədli filmin hazır olduğunu da açıqlayıb.

Qeyd edək ki, Donbasda rusiyapərəst qüvvələrin işğal etdiyi ərazidə yerləşən Olenivka həbsxanası iyulun 29-da yandırılıb, 50-yə yaxın ukraynalı hərbi əsir həlak olub. Onların çoxu Mariupol döyüşünün qəhrəman veteranları idi.

Rusiya iddia edir ki, Ukrayna həbsxanaya hücum əmrini ABŞ-ın verdiyi HİMARS raketlərindən istifadə edərək dağıntılar törədib.

Kiyev bunun yalan olduğunu və Moskvanın keçmiş məhbuslar üçün konslagerə bənzətdiyi həbsxananı orada işgəncə sübutlarını gizlətmək üçün yandırdığını deyir.

Buna qarşı çıxmaq üçün Rusiya Siqalı dağıntılar altında olan Olenivka həbsxanasına göndərir.

Gülayə Mecid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.