İşğalçılar ailələrini Melitopoldan çıxarırlar

16-08-2022, 08:53           
İşğalçılar ailələrini Melitopoldan çıxarırlar
Rusiyalı işğalçılar öz ailələrini işğal olunmuş Melitopoldan çıxarmağa başlayıblar.

Bu barədə “Apostrof” TV-nin efirindən şəhərin meri İvan Fyodorov xəbər verib («UNİAN»).

Onun sözlərinə görə, ötən həftə Melitopolda işğalçılar üçün «komfortsuz» olub. Fyodorovun fikrincə, işğalçılar anlayırlar ki, şəhəri tezliklə tərk etməli olacaqlar.

«Bunun nəticəsi olaraq, Rusiya Federasiyasının hərbçiləri öz ailələrini Melitopoldan çıxartmağa başlayıblar. Əlbəttə, biz anlayırıq, onlar nə üçün bunu edirlər. Çünki başa düşürlər, bu şəhərin ərazisindən tez qaçmalı olacaqlar, ailələrlə birlikdə bu, çətin olacaq» - mer qeyd edib.

Bundan əvvəl xəbər verildiyi kimi, Melitopol partizanları Ukrayna ordusunun fəaliyyətinə dətək verirlər. Onlar dəmir yol obyektlərini məhv edirlər, düşmənin logistikasını ləngidirlər və işğalçı bölmələrinin yerdəyişməsi barədə Ukrayna qüvvələrinə məlumat verirlər.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru