"Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir" - Ukrayna MN-dən İLGİNC AÇIQLAMA

17-08-2022, 18:26           
"Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir" -
"Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir"
"Yaxın vaxtlarda bütün cəbhə xətti boyunca ciddi hadisələr gözlənilir".

TEREF.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

"Bu, təkcə Ukraynanın Müstəqillik Günü ilə bağlı deyil. Biz əvvəllər də avqust-sentyabr aylarında cəbhədə hadisələrin gələcək inkişafına təsir edəcək mühüm dövrün başlayacağını bildirmişdik", - o söyləyib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi əlavə edib ki, düşmənin geri çəkilməsi hələ müzakirə mövzusu deyil və Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin azad edilməsi üçün aktiv fəaliyyət göstərəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov avqust ayında cəbhədə ilk qələbələrinin baş verəcəyi ilə bağlı açıqlama verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru