Anbarlar dolur, ancaq qaz kəsilsə... - Almaniya

18-08-2022, 08:19           
Anbarlar dolur, ancaq qaz kəsilsə... - Almaniya
Rusiyadan qaz nəqli kəsilərsə, anbarlar 95% dolu olsa belə, bu, ölkənin cəmi 2,5 aylıq tələbatını ödəyə bilər.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller deyib.

Müllerin sözlərinə görə, qaz anbarlarının doldurulması prosesində qrafiki qabaqlasalar da, qış aylarında potensial yanacaq çatışmazlığı problemi hələ də qalır:

“Hazırda anbarların 77%-i doludur. Ancaq Almaniyadakı qaz ehtiyatının noyabr ayına qədər 95%-ə çatacağına söz verə bilmərəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru