Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - İLGİNC SSENARİ

18-08-2022, 18:12           
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - İLGİNC SSENARİ
Almaniya vaxtilə tərkibində olan, indi isə Polşaya məxsus torpaqları geri qaytarmaq istəyir.

TEREF publika.az-a istinadla xəbər verir ki, bunu “Gazeta Polska”-ya müsahibəsində Polşa Milli Bankının rəhbəri Adam Qlapinski deyib.

Onun sözlərinə görə, əgər əvvəllər söhbət iki Almaniyanın birləşməsindən gedirdisə, indi Berlində “özlərinin indi Polşa sərhədləri daxilində olan keçmiş torpaqlarının bu və ya digər formada qaytarılmasından” danışırlar.

Qlapinski Berlinin Almaniya ilə Rusiya arasında olan ölkələri “tabe etmək” niyyətində olduğu fikrini də ifadə edib. O qeyd edib ki , Böyük Britaniyanın Avropa İttifaqından çıxması bu planın həyata keçirilməsinə yol açıb.

Daha əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Polşa rəhbərliyi Ukraynanın parçalanması üçün ssenari hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru