ABŞ Ukraynaya radar əleyhinə raketlər verib

18-08-2022, 00:12           
ABŞ Ukraynaya radar əleyhinə raketlər verib
ABŞ yeni hərbi yardım çərçivəsində Ukraynaya AGM-88 HARM yüksək sürətli radar əleyhinə raketlər təhvil verib.

Bu barədə "Business Insider" nəşri yazıb.

Nəşr bildirir ki, Pentaqon raketlərin Kiyevə verildiyini təsdiqləyib, lakin hansı və hansı miqdarda olduğu açıqlanmayıb.

Ukraynada radiolokasiya stansiyalarının (RLS) yerini müəyyənləşdirmək və məhv etmək üçün nəzərdə tutulmuş Amerika istehsalı olan raketlərdən istifadə edilməsi barədə məlumat avqustun əvvəlində ortaya çıxıb.

ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul HARM raketlərinin Ukraynaya çatdırılması faktını təsdiqləyib.

İyul ayında ABŞ Ukraynaya 820 milyon dollarlıq yardım paketi çərçivəsində iki qısa və orta mənzilli NASAMS zenit-raket kompleksləri göndəriləcəyini bildirib.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru