Çin Rusiyadan rekord həcmdə kömür alır

21-08-2022, 00:17           
Çin Rusiyadan rekord həcmdə kömür alır
Çinin Rusiyadan ucuz kömür idxalı iyul ayında bir il əvvəllə müqayisədə 14% artaraq ən azı beş ilin ən yüksək səviyyəsinə çatıb.

TEREF "Report"a istinadən bildirir ki, Çin Baş Gömrük İdarəsinin məlumatına görə, ötən ay Çin Rusiyadan 7,42 milyon ton kömür idxal edib. Bu, 2017-ci ildən sonra ən yüksək aylıq göstəricidir.

Bəzi çinli treyderlər dördüncü rübdə Çinə daha çox rus kömürünün daxil olacağını gözləyirlər, çünki Çinin şimalındakı kommunal xidmətlər qış isitmə mövsümü üçün ehtiyat yığır.

Xatırladaq ki, sanksiyalara əsasən Hindistan şirkətləri Rusiya kömürünün ödənişini Çin yuanı ilə həyata keçirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru