Pentaqon rəsmisi: “İŞİD liderlərindən daha birini öldürdük”

11-05-2016, 01:30           
Pentaqon rəsmisi: “İŞİD liderlərindən daha birini öldürdük”
Pentaqon İraqın Anbar vilayətində İŞİD-in rəhbər şəxslərindən daha birini hava hücumları zamanı öldürdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, Pentaqon sözçüsü Pitr Kuk mayın 6-da vurulan avtomobildə İŞİD-in lider komandasından Əbu Vahibin yanındakı digər üç nəfərlə birlikdə öldürüldüyünü bildirib.

Amerikalı sözçü deyib: “Bu vaxtlarda İraq və Suriyada İŞİD lideri olmaq təhlükəlidir”.

Qeyd edək ki, Əbu Vahibin əvvəllər də dəfələrlə öldürüldüyü açıqlansa da, daha sonra sağ olduğu anlaşılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru