Xaç Yürüşləri və Qüdsün Qanlı Taleyi

Bu gün, 08:54           
Xaç Yürüşləri və Qüdsün Qanlı Taleyi
XI əsrin sonlarında Roma papası II Urban xristianları “Müqəddəs torpaqları” kafir müsəlmanlardan azad etməyə çağırdı. Bu çağırış I Xaç yürüşünü doğurdu. Amma tarixi faktlara baxanda görürük ki, məqsəd təkcə iman uğrunda döyüşmək deyildi: siyasi nüfuz, varlı torpaq iddiaları və hindistandan gələn quru və dəniz ticarət yollarına nəzarət böyük rol oynayırdı.
Səlibçilər üçün Qüds (Yerusəlim) müqəddəs şəhər olsa da, onu almaq həm də Avropada nüfuz və zənginlik demək idi. Yürüşlərin maliyyəsi iri və xirda feodallar, papa xəzinəsi, inkişaf etmiş şəhər respublikaları və kilsələrə edilən zəvvar ianələri ilə təmin olunurdu.
1099-cu ildə I Xaç yürüşü zamanı Qüds mühasirəyə alındı və fəth edildi. Minlərlə müsəlman və yəhudi öldürüldü, şəhər talan edildi, müqəddəs sayılan məbədlər qarət olundu. İnsanlar din pərdəsi altında mal-mülk uğrunda qırğınlar törətdilər — qadın, uşaq, yaşlı fərq etmədən. Kişilər öldürüldü, qadınlar zorlandı, qocalara rəhm edilmədi, usaqlar yetim qaldı. Xaç yürüşləri əslində dini coşqunun arxasında gizlənmiş siyasi və iqtisadi maraqların toplusu idi.
Sonrakı səlib yürüşləri də oxşar motivlərlə başlasa da, nəticədə yüz minlərlə insan həlak oldu, şəhərlər dağıldı və Avropanın “müqəddəs” şöhrəti qanla yazıldı. Tarix göstərir ki, din adı altında törədilən qırğınlar həmişə böyük insan faciələrinə çevrilib.
#Muhəndis












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru