Rusiya Ukraynaya 400 min əsgər göndərə bilər 12-09-2022, 09:36 Rusiya daha 300-400 min şəxsi müharibəyə cəlb edə bilər.Axar.az xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan polkovniki, hərbi əks-kəşfiyyat üzrə ekspert Mixail Pritula deyib."Onlar Putinin dövründə böyüyüb zombiləşiblər. Müharibəyə göndəriləcək bu şəxslərin yalnız 2-3%-i düşünə bilir", - o bildirib.Qeyd edək ki, Ukrayna rəhbərliyinin verdiyi məlumata görə, bugünədək ümumilikdə 53 minə yaxın rusiyalı əsgər müharibədə öldürülüb. Facebook-da paylaş