Ukrayna silah tədarükü üçün ABŞ-a yeni sorğu göndərmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Söhbət, xüsusən, 300 km-ə qədər mənzilli ATACMS raketlərindən, həmçinin tanklar, dronlar və artilleriya sistemlərindən gedir. Ümumilikdə siyahıya 29 növ silah daxildir. ATACMS tipli Amerika raketləri ballistik raketlərin alt sinif silahlarıdır.
Bundan əlavə, siyahıda HIMARS reaktiv yaylım atəşi sistemi və “Harpoon” gəmi əleyhinə raket sistemləri üçün 2 min mərmi də var.