Daha 6 gəminin Ukraynadan çıxışına icazə verilib 13-09-2022, 10:34 İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 6 gəminin çıxışına icazə verib.Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.Gəmilərin ümumi yükü 213 243 tondur. Onlar Türkiyə, İsrail və İspaniyaya günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.Sentyabrın 12-nə olan məlumata görə, indiyədək Ukraynadan 122 gəmi ilə 2 721 168 ton ərzaq daşınıb. Facebook-da paylaş