Şahzadə Endryunun kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməsi qadağan edildi

13-09-2022, 12:34           
Şahzadə Endryunun kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməsi qadağan edildi
Bukingem sarayı Şahzadə Endryuya kraliça II Elizabetin dəfn mərasiminə hərbi forma geyinməyi qadağan edib.

II Elizabetin sentyabrın 19-da keçiriləcək dəfn mərasimində kral ailəsinin bütün üzvləri hərbi geyimdə olacaqlar. Şahzadə Endryu isə kostyum və qalstukda olacaq. Çünki o, keçən il bütün fəxri hərbi titullarından məhrum edilib.

“Kral ailəsinin işləməyən üzvü kimi York hersoqu Vestminster zalında keçirilən son ziyafət zamanı hərbi forma geyinməyəcək”, - deyə saraydan bildirilib.

Eyni qaydaların 2020-ci ildə krallıq səlahiyyətlərindən imtina edən Şahzadə Harriyə də şamil olunacağı qeyd edilir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru