Pentaqon: "Rusiya qoşunlarının böyük əksəriyyəti Xarkovdan çıxıb"
13-09-2022, 11:18
“Rusiya qoşunlarının böyük əksəriyyəti Xarkovdan çıxıb və Rusiya ərazisinə keçib”.
“Report” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adı açıqlanmayan yüksəkrütbəli rəsmisi bildirib.
Məlumata görə, Ukrayna qoşunları kiçik kəndlərlə yanaşı, Kupyansk və İziumda da nəzarəti ələ keçirib: “Rusiya qoşunlarının uğursuzluqları davam edir. Bu onların nizamsız hərəkətinin göstəricisidir”.