USQ Rusiyanın ən adlı-sanlı ordu hissəsini darmadağın edib - Onu Moskvanın müdafiəsi üçün hazırlamışdılar

14-09-2022, 00:33           
USQ Rusiyanın ən adlı-sanlı ordu hissəsini darmadağın edib -
Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 1-ci Tank Qvardiya Ordusunu darmadığın edib, bu ordunu Moskvanın müdafiəsi və Şimali Atlantika Müqaviləsi Blokuna (NATO) qarşı müharibəyə hazırlamışdılar.

Kəşfiyyat məlumatlarına istinadla bu barədə «Tvitter»də Böyük Britaniyanın Müdafiə Nazirliyi xəbər verib («UNİAN»).

Kəşfiyyatın məlumatına görə, Rusiya silahlı qüvvələrinin Xarkov vilayətində yerləşdirilmiş bölmələri son həftələr boyu 1-ci Qvardiya Tank Ordusundan ibarət olub və Rusiya Federasiyası Qərb Hərbi Dairəsinin tabeliyində fəaliyyət göstərib.

«1-ci Tank Qvardiya Ordusu təcavüzün başlanğıc mərhələsində ağır itkilər verib və Xarkovda Ukraynanın əks-hücumuna qədər tam komplektləşdirilməyib» - xəbərdə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru