İran Prezidenti Məhsa Əmininin ölümündən DANIŞDI

29-09-2022, 09:40           
İran Prezidenti Məhsa Əmininin ölümündən DANIŞDI
İran Prezidenti İbrahim Rəisi dövlət televiziyası vasitəsilə Məhsa Əmininin ölümü ilə bağlı məsələlərə toxunub.

İbrahim Rəisi Məhsa Əmini xəstəxanaya aparılanda Səmərqənddə olsa da, hadisənin araşdırılması üçün vəzifəli şəxslərə təlimat verdiyini açıqlayıb.

Rəisi Əmininin ölüm xəbərini eşitdikdən sonra ailəsinə zəng edərək başsağlığı verdiyini vurğulayıb.

"Bunun mənim və hər bir iranlı üçün pis xəbər olduğunu və məsələni izləyəcəyimi onlara dedim. Mövzunu izləmək bizim vəzifəmizdir, məqsədimiz şəffaflıq və ədalətin tətbiq edilməsidir", - deyə İran Prezidenti əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru