Putin nüvə eşelonunu Ukrayna sərhədinə göndərdi - Şok

4-10-2022, 12:00           
Putin nüvə eşelonunu Ukrayna sərhədinə göndərdi - Şok
Rusiya Ukrayna sərhədində nüvə silahının nümayişkaranə partlayışını təşkil etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin mərkəzi rayonlardan Ukrayna sərhədinə xüsusi hərbi texnika qatarı göndərib. Hərbi ekspertlərin fikrincə, bu texnika Rusiyanın nüvə arsenalına nəzarət və istismarına cavabdeh olan Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur”, - nəşr bildirib.

Məlumata görə, Moskva çox güman ki, nüvə silahını Qara dənizdə sınaqdan keçirəcək.

“Belə bir silahın sınağının döyüş meydanında keçirilməsi böyük riskdir. Çünki adicə səhv nəticəsində Rusiyanın sərhədyanı şəhərləri də ziyan çəkə bilər”, - mənbə bildirib.

Eşelonun hərəkəti ilə bağlı oktyabrın 2-də Rusiya Teleqram kanalları məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru