Çin və Hindistan Ukrayna üzrə bəyanatla çıxış ediblər
11-10-2022, 09:18
Çinin və Hindistanın nümayəndələri dialoqa və münaqişənin başa çadırılmasına çağırıblar.
Bundan əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsinin tənqidinə bitərəf qalmış Çin və Hindistan oktyabrın 10-da Ukraynanın geniş miyaslı raket hücumuna məruz qalmasından sonra, deeskalasiyaya və dialoqa çağırıblar.
Bu barədə «Nyu-York Tayms» nəşri xəbər verir («UNİAN»). Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin mətbuat üçün brifinq zamanı bəyan edib ki, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü hörmətə layiqdir. O, əlavə edib ki, böhranın sülh yolu ilə həllinə yönəlik bütün səyləri dəstəkləmək lazımdır.
Öz növbəsində, Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Arindam Baqçı qeyd edib ki, Nyu-Dehli döyüş fəaliyyətinin dayandırılması üzrə səyləri dəstəkləməkdə davam edəcək.
«Hindistan Ukraynada münaqişənin kəskinləşməsindən, o cümlədən, infrastruktura zərbə vurulmasından və dinc sakinlərin həlak olmasından dərin narahatlıq keçirir» - Baqçi qeyd edib.