Şarl Mişel: “Aİ əsl enerji birliyi yaratmaq üzərində işləməlidir”

11-10-2022, 10:56           
Şarl Mişel: “Aİ əsl enerji birliyi yaratmaq üzərində işləməlidir”
Avropa İttifaqı təcili olaraq Aİ-nin suverenliyinin mühüm sütununa çevriləcək real enerji birliyinin formalaşması üzərində işləməlidir.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

“COVID pandemiyası, xüsusən də vaksinasiya zamanı gördüyümüz kimi, heç bir ölkə təkbaşına bu miqyasda böhranın öhdəsindən gələ bilməz”, - deyə o, bəyan edib.

Mişel vurğulayıb ki, ölkələr milli maraqlar və Aİ-nin səlahiyyətləri ilə bağlı “tabu”larla üzləşməyə hazır olmalıdırlar.

Aİ Şurası rəhbərinin qeyd edib ki, dayanıqlı enerji birliyi üçün İttifaqa üzv dövlətlər arasında güclü və səmimi koordinasiya tələb olunacaq.

O əlavə edib ki, Avropa İttifaqı belə birlik üçün tənzimləyici baza və bazar şəraiti yaratmalı olacaq.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru