Fransada yanacaq satışına limit tətbiq edilib

11-10-2022, 11:17           
Fransada yanacaq satışına limit tətbiq edilib
Bidonlarla yanacaq alınmasına icazə verilmir

Fransanın cənub regionlarında yanacaq satışına limit tətbiq edilib.

AYNA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, Var, Voklüz və Yuxarı Provans Alpları departamentlərində hər avtomobilə maksimum 30 litr yanacaq verilir. Məqsəd mümkün qədər çox sürücüyə yanacaq satmaqdır. Bundan başqa, bidonlarla yanacaq alınmasına icazə verilmir. İctimai nəqliyyat, polis, təcili yardım və yanğınsöndürən avtomobillərin yanacaq təchizatında limit tətbiq edilmir.

Qeyd edək ki, “TotalEnergies” şirkətinin 10 gündən çox davam edən tətili Fransada ciddi yanacaq böhranına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru