Bu sistemə istehsalçı ölkədən sonra sahib olan ilk ölkə Ukrayna olub

12-10-2022, 00:01           
Bu sistemə istehsalçı ölkədən sonra sahib olan ilk ölkə Ukrayna olub
Oktyabrın 11-də Almaniya vəd edilmiş dörd “IRIS-T” hava hücumundan müdafiə sistemindən (SLM) birincisini Ukraynaya təhvil verib.

Bu barədə Spiegel” xəbər verib.

Alman nəşrinin məlumatına görə, ötürmə oktyabrın 11-də Ukrayna-Polşa sərhədi yaxınlığında baş verib. Bu sistemə istehsalçı ölkədən sonra sahib olan ilk ölkə Ukrayna olub.

Qeyd edək ki, “IRIS-T”nin tədarükü noyabrda başlamalı idi, lakin oktyabrın 10-da Almaniyanın müdafiə naziri Kristin Lambrext Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi raket hücumundan sonra yaxın bir neçə gündə təhvil veriləcəyini açıqlamışdı.

“IRIS-T” (SLM) hansı üstünlüklərə malikdir?

“IRIS-T “Almaniyada istehsal edilən ən qabaqcıl hava hücumundan müdafiə sistemidir. Bu hava hücumundan müdafiə sistemlərinin inkişafı yalnız 2014-cü ildə tamamlandı. Onlar ilk növbədə mülki əhalini raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub.

Raket

“IRIS-T” raketi onu hədəfə doğru istiqamətləndirən infraqırmızı başlıqla təchiz edilib. Eyni zamanda, buraxılan zaman arxada heç bir iz qoymur və varlığını ortaya çıxarmır. Raket 40 km-ə qədər olan hədəfi vura bilər.

Radar

Almaniyanın Ukraynaya verdiyi “IRIS-T” sistemləri, ehtimal ki, alman TRML-4D radarları ilə təchiz olunub. Onlar real vaxt rejimində 500-dən çox hədəfi izləyə bilirlər. 250 km məsafədə radar artıq təyyarəni aşkar edir, 120 km-də isə artıq hədəfi müşayiət edir və raketləri istiqamətləndirir./publika.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru