Iran yeraltı nüvə obyektlərini genişləndirir - FOTO

12-10-2022, 07:48           
Iran yeraltı nüvə obyektlərini genişləndirir - FOTO
Beynəlxalq Atom Enerjisi ajansı son hesabatında BMT-nin bu nəzarət orqanının rəhbərlər şurasına məlumat verib ki, İran yeraltı nüvə obyektlərini genişləndirir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

“Reuters”in məlumatına görə, oktyabrın 10-da ajansın məxfi hesabatında ”İran Nətənz şəhərində yerləşən yeraltı nüvə obyektində uranın qabaqcıl sentrifuqalarla zənginləşdirilməsini inkişaf etdirir və daha da irəli getmək əzmindədir”.

Ajansın yaydığı məlumata əsasən, bu yaxınlarda Nətənz yeraltı təsisastında quraşdırılan İR-6 qabaqcıl sentrifuqalarının üçüncü kaskadı artıq istismar mərhələsinə daxil olub.

Qeydə edək ki, İran Beynəlxalq Atom Anerjisi ajansına burada quraşdırdığı 12 sentrifuqaya əlavə olaraq 3 ədəd IR-2M sentrifuqa kaskadı əlavə etməyi planlaşdırdığını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru