Belarus silahlı qüvvələrində yoxlamalara başlanıldı

12-10-2022, 12:08           
Belarus silahlı qüvvələrində yoxlamalara başlanıldı
Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi Prezident Aleksandr Lukaşenkonun göstərişinə əsasən ölkənin silahlı qüvvələrinin yoxlanılmasına başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti öz “Telegram” hesabında məlumat yayıb.

“Oktyabrın 11-dən Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi Prezidentin tapşırığına uyğun olaraq Belarus Silahlı Qüvvələrində yoxlamalar aparır. Bu, hərtərəfli xarakter daşıyır. Həmçinin tapşırıqların təyinatı üzrə yerinə yetirilməsi ilə bağlı ən mühüm hazırlıq məsələlərini əhatə edir”, - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, baxış zamanı hərbi hissə və bölmələr döyüş hazırlığı, marş yürüşü, müəyyən olunmuş ərazilərdə döyüş tapşırıqları kimi məsələləri nəzərdən keçirəcək.

ənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru