Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırır

12-10-2022, 12:38           
Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırır
ABŞ Prezidenti Co Bayden “OPEC+”un neft hasilatını azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırır.

KONKRET.az “İnterfax“a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan–Pyer brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətlərin fərqli formatına keçməlidir.

“Keçən həftə “OPEC+”un qərarını nəzərə alsaq, onlar mütləq Rusiyaya yaxınlaşırlar. İndi Rusiyaya yaxınlaşmaq üçün doğru zaman deyil”, – Jan–Pyer deyib.

Qeyd edək ki, ötən həftə “OPEC+” neft hasilatının kvotasını gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib. ABŞ Prezidenti Co Bayden “OPEC+”un hasilatı azaltmaq qərarından məyus olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru