Çexiya rusların ölkəyə girişinə qadağa qoydu

13-10-2022, 00:13           
Çexiya rusların ölkəyə girişinə qadağa qoydu
Çexiyanın turist vizası olan rusların ölkəyə girişinə qadağa qoyacaq.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.

Qadağa oktyabrın 25-dən tətbiq ediləcək.

"Turizm, idman və ya mədəniyyət məqsədi ilə Avropa İttifaqının hər hansı bir ölkəsi tərəfindən verilmiş Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının ölkəyə daxil olmasına icazə verilməyəcək", - Lipavski bildirib.

Nazirin məlumatına görə, hər gün 200-ə qədər Rusiya vətəndaşı beynəlxalq hava limanı vasitəsilə Çexiyaya səfər edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru