Almaniya Ukraynaya əlavə haubitsalar və RYAS verəcək
13-10-2022, 08:13
Almaniya Ukraynaya əlavə “Panzerhaubitze 2000” haubitsaları və “MARS II” reaktiv yaylım atəşi sistemləri (RYAS) verməyi öhdəsinə götürüb.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter mikrobloqunda bildirilib.
“Ramşteyn” formatında (təxminən 50 dövlətin daxil olduğu Ukraynanın müdafiəsi üzrə beynəlxalq təmas qrupu) görüş müharibə - Rusiyanın raket hücumları və Rusiyada qismən səfərbərlik, saxta referendumlar və Ukraynanın əks-hücumları dövründə keçirilir. Biz hazırkı dəstəyimizi koordinasiya edirik. Bir neçə həftə ərzində Ukraynaya əlavə “PzH2000” və “MARS II” veriləcək”, - Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.