NATO Lukaşenkonu Belarusu Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırdı
13-10-2022, 09:58
"Belarus Rusiyanı dəstəkləməyi dayandırmalıdır”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin ikigünlük iclasında bildirib.
Stoltenberqin sözlərinə görə, o, Lukaşenko hökumətinin münaqişədə iştirakçı olmaqdan əl çəkəcəyini gözləyir. Ətraflı
Baş katib həmçinin NATO-nun Ukraynaya raket hücumlarının Belarusdan həyata keçirildiyini bildirib.
“Biz gördük ki, Belarusdan Ukraynaya raket atmaq üçün tramplin kimi istifadə edilir. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, - deyə Stoltenberq əlavə edib. (Mənbə: TASS)