Volodin Ukraynanı hədələyib: - Rusiya daha ağır cavab verəcək

13-10-2022, 11:02           
Volodin Ukraynanı hədələyib: -
Ukrayna tərəfindən terror aktlarının davam edəcəyi təqdirdə Rusiya daha ağır cavab verəcək.
TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb.

O əlavə edib ki, “dünyanın heç bir yerində terrorçularla danışıqlar aparılmır”.

“Kiyev rejiminə qarşı cavabımız əvvəlkindən də ağır olacaq.

Baş vermiş terror aktlarının bütün təşkilatçıları və iştirakçıları tapılmalıdır, müqavimət göstərənlər isə məhv edilməlidir”, - Volodin qeyd edib.

Xatırladaq ki, oktyabrın 8-də səhər saat 06:00 radələrində Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobili partlayıb. Kremldən bunu Ukrayna tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru