Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir

15-10-2022, 09:48           
Avropa ölkələri Belarusa da sanksiya tətbiq edilməsini təklif edir
Sanksiyalarla Minskin Rusiyaya dəstəyini dayandıracağı hesab edilir

Bəzi Avropa ölkələri Rusiya ilə paralel olaraq Belarusa da sanksiya tətbiq edilməsini təklif edir.

Teref.az-ın APA-ya istinadla xəbərinə görə, Polşa, Litva, Latviya və Estoniya müvafiq layihəni Avropa Komissiyasına təqdim edib.

Layihə mətnində Rusiyaya tətbiq edilmiş sanksiyaların Belarusa münasibətdə sinxronlaşdırılması təklif edilir. Müəlliflərin fikrincə, sanksiya tətbiq olunaraq rəsmi Minsk Rusiyaya dəstəyini dayandıracaq. Eyni zamanda Rusiya Belarus vasitəsi ilə sanksiyalardan yayına bilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru