Macarıstan Rusiyaya qarşı sanksiyalar barədə ümumxalq sorğusu keçirir

15-10-2022, 10:08           
Macarıstan Rusiyaya qarşı sanksiyalar barədə ümumxalq sorğusu keçirir
Cümə günü Macarıstan sakinlərinin poçt qutularına Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ümummilli məsləhətləşmələrdə iştirak üçün sorğu vərəqələri göndərilib.

Məlumata görə, sorğu vərəqəsində vətəndaşların cavab verməli olduqları yeddi sual yer alır. Ölkə sakinlərindən ərzaq məhsullarının bahalaşmasına səbəb olan Brüsselin neft, qaz, digər yanacaq növləri, eləcə də turizm sahəsində Rusiyaya qarşı sanksiyaları ilə razı olub-olmadıqları soruşulur.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban sentyabrın 26-da ölkə parlamentindəki çıxışında anti-Rusiya sanksiyaları ilə bağlı ümummilli məsləhətləşmələr keçirmək niyyətində olduğunu açıqlayıb. Baş nazir vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar qeyri-demokratik şəkildə tətbiq edilib. Belə ki, qərarı “Brüsseldəki bürokratlar” versələr də, bunun əvəzini Avropa xalqları ödəyir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru