Putini Qərb dünyası üçün “işıq” hesab edən deputat İtaliya Senatının sədri seçildi

15-10-2022, 11:24           
Putini Qərb dünyası üçün “işıq” hesab edən deputat İtaliya Senatının sədri seçildi
İtaliyada sağçı “Liqa” partiyasının üzvü Lorenso Fontana parlamentin aşağı palatası olan Deputatlar Palatasının sədri seçilib.

Fontana 222 deputatın səsini qazanıb. Onun namizədliyini Corciya Meloninin “İtaliya qardaşları” partiyası da dəstəkləyib. Meloninin yeni hökumətə başçılıq edəcəyi ehtimal edilir.

Lorenso Fontana Putin tərəfdarı olaraq bilinir. O bəyan edib ki, Vladimir Putinin Rusiyası “cəmiyyətin millətçi modelinə inananlar üçün bir etalondur”.

Fontana Qərb dünyası üçün “işıq” kimi təsvir etdiyi Putinin böyük pərəstişkarıdır.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru