Moldova teleradiosu keşişlərin efirə çıxmasını qadağan etdi

15-10-2022, 12:45           
Moldova teleradiosu keşişlərin efirə çıxmasını qadağan etdi
“Teleradio-Moldova” dövlət şirkəti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədklərinə görə Moldova Pravoslav Kilsəsinin ruhanilərinin efirə çıxmasını qadağan edib.

“Şirkət qüvvədə olan qanunlara və öz qaydalarına uyğun olaraq, Ukraynaya qarşı təcavüzü açıq və ya dolayısı ilə dəstəkləyən Moldova vətəndaşlarının, o cümlədən kilsənin ali nümayəndələrinin ictimai radio və televiziya stansiyalarına çıxışını məhdudlaşdırmaq hüququnu özündə saxlayır”, - bunu cümə günü şirkətin direktoru Vlad Surkanu “Facebook”da yazıb.

O, açıqlamasını Kişinyov meri İvan Çebanın efirdə Kişinyov Şəhər Günü münasibətilə ənənəvi liturgiyanın olmaması ilə bağlı tənqidindən sonra verib.

“İlk dəfədir ki, Moldova-1 milli telekanalı ölkənin əsas kafedral kilsəsində liturgiyanı yayımlamır. Həmkarlarım telekanala zəng edərək nə baş verdiyini soruşdular. Onlara deyiblər ki, qadağandır”, - Çeban izah edib.

Qeyd edək ki, ötən həftə bir sıra Moldova KİV-ləri Kişinyov və bütün Moldovanın mitropoliti Vladimiri Moskvaya səfərinə, oradakı dua mərasimində, eləcə də Müqəddəs Şuranın iclasında iştirak etdiyinə görə sərt şəkildə tənqid edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru